Zeytun Pharmaceuticals şirkəti 5 iyun 2026-cı il tarixində Bakı Baza Tibb Kollecində keçirilən “Karyerada ilk addım” devizi altında təşkil olunmuş məşğulluq yarmarkasında iştirak edib.
Tədbirin əsas məqsədi Əczaçılıq ixtisası üzrə məzunların ixtisaslarına uyğun işlə təmin olunmasına dəstək göstərmək, gənc mütəxəssisləri əmək bazarına hazırlamaq və onların karyera imkanları haqqında məlumatlandırılması olub.
Yarmarka çərçivəsində Zeytun Pharmaceuticals nümayəndələri məzunlarla görüşərək şirkətdə mövcud karyera imkanları, peşəkar inkişaf perspektivləri və işə qəbul prosesi barədə ətraflı məlumat təqdim ediblər. Gənc mütəxəssislərin sualları cavablandırılıb, onların gələcək karyera planları və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Zeytun Pharmaceuticals olaraq gənclərin peşəkar inkişafına və əmək bazarına uğurlu inteqrasiyasına dəstək verməyi vacib hesab edirik. Bu istiqamətdə həyata keçirilən təşəbbüslərdə iştirak etmək bizim üçün böyük məmnunluqdur.
Tədbirin təşkilatçılarına təşəkkür edir, bütün məzunlara gələcək karyera yollarında uğurlar arzulayırıq.