
17 noyabr 2026-cı il tarixində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının İnvaziv Ürək-Damar Mərkəzində “Model üzərində neyroradioloji müdaxilələr – praktik təlim və canlı neyroinvaziv əməliyyatlar” adlı elmi-praktik simpozium keçirilib.
İnvaziv radioloq İlyas Həsənovun rəhbərliyi ilə təşkil olunan simpozium neyroradioloji müdaxilələrin praktik aspektlərinə, model üzərində təlimə və canlı neyroinvaziv əməliyyatlara həsr olunub.
Zeytun Pharmaceuticals nümayəndələri tədbirdə qonaq qismində iştirak ediblər. Şirkətimiz səhiyyə mütəxəssisləri ilə peşəkar əlaqələrin genişləndirilməsinə və elmi-praktik təcrübə mübadiləsinə əhəmiyyət verir.
Tədbirdən görüntülər

