Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals və Chiesi strateji əməkdaşlığı davam etdirir

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Zeytun Pharmaceuticals İtaliyanın Chiesi biofarmasevtika qrupu ilə mövcud strateji tərəfdaşlığını davam etdirir. Əməkdaşlığın əsas məqsədi Azərbaycanda pasiyentlərin müalicə imkanlarına əlçatanlığını artırmaq və səhiyyə mütəxəssislərinin fəaliyyətinə dəstək verməkdir.

Baş ofisi İtaliyada yerləşən Chiesi elmi tədqiqatlara əsaslanan beynəlxalq biofarmasevtika qrupudur. Şirkətin əsas fəaliyyət istiqamətlərinə tənəffüs sistemi xəstəlikləri, nadir xəstəliklər, neonatologiya və ixtisaslaşmış müalicə sahələri daxildir.

Tərəfdaşlıq çərçivəsində Chiesi preparatlarının Azərbaycan bazarında əlçatanlığının artırılması istiqamətində birgə fəaliyyət davam etdirilir. Zeytun Pharmaceuticals bu əməkdaşlığı ölkədə pasiyentlərin ehtiyaclarının qarşılanmasına töhfə verən uzunmüddətli tərəfdaşlıq kimi qiymətləndirir.