Zeytun
Pharmaceuticals şirkəti Pharmastore apteklər şəbəkəsində “Şəkərini bil, sağlam
yaşa” kampaniyasına başlayıb. 1–30 noyabr 2026-cı il tarixlərini əhatə edən təşəbbüs
14 Noyabr – Dünya Diabet Günü ilə əlaqədar həyata keçirilir.
Layihənin məqsədi
diabet haqqında ictimai məlumatlılığı artırmaq, qlükoza səviyyəsinə nəzarətin əhəmiyyətini
vurğulamaq və bu mövzuda məlumatları daha geniş auditoriyaya çatdırmaqdır.
Kampaniya aptekdaxili
məlumatlandırma fəaliyyətlərini və rəqəmsal kommunikasiyanı əhatə edir. Layihə
çərçivəsində seçilmiş 10 aptekdə tematik məhsul zonalarının təşkili, məlumatlandırıcı
materialların yerləşdirilməsi, sosial şəbəkələrdə maarifləndirici paylaşımların
və videoların yayımlanması nəzərdə tutulur.
Təşəbbüsdə Zeytun
Pharmaceuticals şirkətinin eksklüziv portfelinə daxil olan iCan i6 davamlı
qlükoza monitorinq sistemi haqqında məlumatlandırmaya xüsusi yer ayrılır.
Maarifləndirmə fəaliyyətləri ilə yanaşı, kampaniya müddətində seçilmiş məhsullar
üzrə xüsusi təkliflər də təqdim olunur.
Zeytun
Pharmaceuticals əhalinin sağlamlıqla bağlı məlumatlılığını artırmaq məqsədilə
Pharmastore apteklər şəbəkəsində hər ay fərqli mövzular üzrə maarifləndirmə fəaliyyətlərini
davam etdirir.