15 və 22 noyabr 2026-cı il tarixlərində “Zeytun Pharmaceuticals” MMC-nin əməkdaşları üçün təlimçi Nərgiz İbrahimovanın təqdimatında “Liderlik” mövzusunda təlim keçirilib.
Təlim çərçivəsində liderlik bacarıqlarının inkişafı, effektiv komanda idarəçiliyi, düzgün qərarvermə, əməkdaşların motivasiyası və komanda daxilində sağlam kommunikasiya mühitinin formalaşdırılması kimi vacib istiqamətlərə diqqət yetirilib.
Zeytun Pharmaceuticals olaraq inanırıq ki, güclü liderlik yalnız komandanı idarə etmək deyil, eyni zamanda əməkdaşların potensialını üzə çıxarmaq, onları inkişaf etdirmək və ortaq məqsədlərə doğru istiqamətləndirməkdir.
Rəhbər heyətimizin idarəetmə bacarıqlarının gücləndirilməsi və davamlı inkişafının dəstəklənməsi istiqamətində təşəbbüslərimizi davam etdiririk.

