Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals 1 nömrəli Tibb Kollecində tanıtım təqdimatı keçirib

19 dekabr 2025-ci il tarixində 1 nömrəli Tibb Kollecində Zeytun Pharmaceuticals şirkətinin tanıtım təqdimatı keçirilib. Tədbir Əczaçılıq fakültəsinin 2-ci kursunda təhsil alan tələbələr üçün təşkil olunub.

 

Təqdimat zamanı tələbələrə Zeytun Pharmaceuticals-da mövcud və gələcək karyera imkanları, şirkətin fəaliyyət istiqamətləri və peşəkar inkişaf perspektivləri barədə ətraflı məlumat verilib. Görüş çərçivəsində tələbələrin sualları cavablandırılıb və real iş mühiti ilə bağlı praktiki məlumatlar paylaşılıb.

 

Tədbirin əsas məqsədi gənc mütəxəssislərin şirkətə marağını artırmaq, işə qəbul imkanlarını genişləndirmək, korporativ brendinqin inkişafına töhfə vermək və gələcəkdə istehsalat təcrübəçilərinin sayının artırılması istiqamətində əməkdaşlığı gücləndirmək olub.

 

Zeytun Pharmaceuticals üçün gənclərlə erkən mərhələdə əlaqə qurmaq, onların peşəkar inkişafına dəstək vermək və yerli kadr potensialının gücləndirilməsi əsas prioritetlərdəndir. Şirkət bu istiqamətdə təşəbbüslərini davam etdirir.

" } } ] }