Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals 2 nömrəli Tibb Kollecində tələbələrlə görüş keçirib

Zeytun Pharmaceuticals nümayəndələri 2 nömrəli Tibb Kollecində keçirilən görüş zamanı tələbələrlə bir araya gəlib. Görüş çərçivəsində tələbələrə Zeytun Pharmaceuticals-da karyera imkanları, istehsalat təcrübəsi proqramı və şirkətin inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.

Tədbirin əsas məqsədi gələcəyin əczaçıları ilə erkən mərhələdə əlaqə qurmaq, onların peşəkar inkişafına töhfə vermək və əczaçılıq sektoruna marağı artırmaq olub. Görüş zamanı tələbələrin sualları cavablandırılıb və real iş mühiti ilə bağlı praktiki məlumatlar paylaşılıb.

Zeytun Pharmaceuticals üçün gənc mütəxəssislərlə əməkdaşlığın qurulması və onların peşəkar yoluna dəstək göstərilməsi strateji prioritetlərdən biridir. Şirkət gələcəyin peşəkarlarına investisiya etməyə və yerli kadr potensialının inkişafına töhfə verməyə davam edir.

" } } ] }