23 dekabr 2025-ci il tarixində Azərbaycan Tibb
Universitetində “İlin ən yaxşı tələbə elmi işi” müsabiqəsinə həsr olunmuş elmi
konfrans keçirilib.
Konfrans çərçivəsində müsabiqənin qalibləri,
professor-münsiflər heyəti və tələbə iştirakçılar üçün xatirə və təşəkkür hədiyyələri
təqdim olunub. Təqdim edilən hədiyyə dəstləri dermatoloji baxımdan yüksək
keyfiyyəti ilə seçilən Noreva brendinin məhsullarından ibarət olmaqla,
iştirakçıların fərqli ehtiyacları nəzərə alınaraq formalaşdırılıb.
Tədbir çərçivəsində Zeytun Pharmaceuticals şirkətinin
fəaliyyət istiqamətləri və məhsul portfeli ilə bağlı məlumatların təqdim
olunması üçün müvafiq şərait yaradılıb. Konfrans zamanı şirkətin dəstəyi və
iştirakı təşkilatçılar tərəfindən xüsusi olaraq qeyd olunub.
Elmi və akademik təşəbbüslərə dəstək Zeytun
Pharmaceuticals-ın sosial məsuliyyət və peşəkar inkişaf strategiyasının mühüm tərkib
hissəsidir. Şirkət bu istiqamətdə fəaliyyətini davam etdirir.