Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals ISO və GDP sertifikatlarını yeniləyib

Zeytun Pharmaceuticals keyfiyyət, etibarlılıq və beynəlxalq standartlara uyğunluq istiqamətində fəaliyyətini davam etdirərək ISO və GDP (Good Distribution Practice – Yaxşı Paylama Təcrübələri) sertifikatlarını yeniləyib.

Sertifikatların yenilənməsi ilə bağlı keçirilən görüşdə “Zeytun Pharmaceuticals” şirkətinin Baş Direktoru Bəhruz Şirəliyev, eləcə də sertifikatlaşdırma qurumunun nümayəndələri iştirak ediblər. Görüş çərçivəsində yenilənmiş ISO və GDP sertifikatları şirkət rəhbərliyinə təqdim olunub.

Yenilənmiş sertifikatlar Zeytun Pharmaceuticals-ın əczaçılıq məhsullarının paylanması, saxlanması, logistika prosesləri, eləcə də müştəri məmnuniyyətinin idarə olunması və əməliyyat fəaliyyətinin beynəlxalq tələblərə uyğunluğu sahəsində yüksək standartlara cavab verdiyini bir daha təsdiqləyir. Sertifikatlaşdırma prosesi müstəqil beynəlxalq qurum tərəfindən aparılıb və şirkətin fəaliyyətinin əsas istiqamətlərini əhatə edib.

ISO standartlarının yenilənməsi şirkətdə keyfiyyətin idarə olunması, müştəri yönümlü yanaşma və davamlı təkmilləşmə prinsiplərinin sistemli şəkildə tətbiq edildiyini göstərir. GDP sertifikatı isə məhsulların saxlanması və paylanması proseslərində təhlükəsizlik, izlənilə bilənlik və keyfiyyətin qorunması üzrə beynəlxalq tələblərə tam uyğunluğun göstəricisidir.

Bu nailiyyət Zeytun Pharmaceuticals-ın regulyator tələblərə riayət, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi və səhiyyə sektorunda etibarlı tərəfdaş mövqeyinin möhkəmləndirilməsi istiqamətində atdığı ardıcıl addımların nəticəsidir.

Zeytun Pharmaceuticals üçün keyfiyyət yalnız standartlara uyğunluq deyil, eyni zamanda uzunmüddətli etimadın və dayanıqlı inkişafın əsas göstəricisidir. Şirkət gələcəkdə də beynəlxalq tələblərə uyğun fəaliyyətini davam etdirməyi hədəfləyir.

" } } ] }