Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals tibb işçilərini peşə bayramı münasibətilə təbrik edir

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə səhiyyə sahəsində çalışan bütün həkimləri, əczaçıları, tibb bacılarını və digər tibb işçilərini səmimi qəlbdən təbrik edirik.

İnsan sağlamlığının qorunması və cəmiyyətin rifahı naminə göstərilən fədakar xidmət, yüksək peşəkarlıq və məsuliyyət hər zaman xüsusi dəyər daşıyır. Tibb işçiləri yalnız peşə sahibi deyil, eyni zamanda insanların həyatına ümid, qayğı və dəstək verən şəxslərdir.

Zeytun Pharmaceuticals olaraq səhiyyənin inkişafına töhfə verən, bilik və təcrübələri ilə insanların sağlamlığı keşiyində dayanan bütün tibb işçilərinə dərin minnətdarlığımızı bildiririk.

Bu əlamətdar gün münasibətilə bütün tibb işçilərinə möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq.

Peşə bayramınız mübarək!

" } } ] }