20 noyabr 2026-cı il tarixində Zeytun Pharmaceuticals-ın Şəki deposunda şirkətin yeniliklərinin təqdim olunmasına və komanda ilə birbaşa ünsiyyətə həsr edilmiş görüş keçirilib.
Görüş zamanı Zeytun loyallıq proqramı və əczaçı bonus sistemi barədə təqdimatlar edilib. Müştərilər üçün bonus və keşbek imkanları, apteklərdə loyallıq proqramının tanıdılmasını dəstəkləyən materiallar, həmçinin əczaçıların satış nəticələrinə əsaslanan təşviq mexanizmi haqqında məlumat verilib.
Regional komanda ilə keçirilən bu görüş şirkətin inkişaf istiqamətlərinin və yeni layihələrinin əməkdaşlara çatdırılması, eləcə də gündəlik fəaliyyətdə bu imkanlardan istifadə üzrə fikir mübadiləsi məqsədi daşıyıb.
Zeytun Pharmaceuticals regional komandalarla əlaqələrin gücləndirilməsinə və əməkdaşların yeniliklər barədə mütəmadi məlumatlandırılmasına önəm verir.
Görüşdən anlar



