13 noyabr 2026-cı il tarixində "Zeytun Pharmaceuticals" MMC-nin İnsan resursları komandası tərəfindən Sumqayıt Tibb Kollecində tələbələrlə görüş keçirilmişdir.
Görüş zamanı tələbələrə şirkətin fəaliyyəti, mövcud karyera imkanları və təcrübə proqramları, peşəkar inkişaf perspektivləri və əczaçılıq sektorunda uğurlu karyera qurmaq üçün vacib bacarıqlar haqqında ətraflı məlumat verilib.
Gənc mütəxəssislərlə təcrübə bölüşmək, onların peşəkar inkişafına töhfə vermək və gələcəyin əczaçıları ilə əməkdaşlıq imkanlarını genişləndirmək şirkət üçün xüsusi əhəmiyyət daşıyır.
"Zeytun Pharmaceuticals" MMC gələcəyin peşəkarlarına investisiya etməyə və əczaçılıq sektorunun inkişafına töhfə verməyə davam edir!
