Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Zeytun Pharmaceuticals-ın Çağrı Mərkəzi əməkdaşları üçün “Tele-satış” təlimi keçirilib

Zeytun Pharmaceuticals-ın Çağrı Mərkəzi əməkdaşları “Tele-satış” təlimində

15 və 22 noyabr 2026-cı il tarixlərində “Zeytun Pharmaceuticals” MMC-nin Çağrı Mərkəzinin əməkdaşları üçün “Azercell Akademiya”nın təlimçisi Fuad Qurbanovun təqdimatında “Tele-satış” mövzusunda təlim keçirilib.

Təlim çərçivəsində effektiv satış texnikaları, müştəri ehtiyaclarının düzgün müəyyənləşdirilməsi, inandırıcı ünsiyyət bacarıqları, etirazların idarə olunması və satış prosesinin uğurla nəticələndirilməsi kimi vacib istiqamətlərə diqqət yetirilib.

Zeytun Pharmaceuticals olaraq inanırıq ki, uğurlu satış yalnız məhsul və ya xidmət təqdim etmək deyil, eyni zamanda müştərini düzgün anlamaq, onun ehtiyaclarına uyğun həllər təklif etmək və etibarlı münasibətlər qurmaqdır.

Əməkdaşlarımızın peşəkar bilik və bacarıqlarının artırılması, satış potensialının gücləndirilməsi və davamlı inkişafının dəstəklənməsi istiqamətində təşəbbüslərimizi davam etdiririk.

Zeytun Pharmaceuticals-ın Çağrı Mərkəzi əməkdaşları “Tele-satış” təlimində — 2