Zeytun Apteklər Şəbəkəsi komandamıza gecə növbəsi üzrə Əczaçı axtarır.
Əsas vəzifə öhdəlikləri:
* Dərman preparatları və tibbi ləvazimatların satışını həyata keçirmək
* Müştərilərə dərman vasitələri və digər məhsullar barədə düzgün və peşəkar məsləhət vermək
* Aptekə daxil olan məhsulları yoxlamaq və tələb olunan qaydalara uyğun yerləşdirmək
* Dərman vasitələrinin saxlanma şəraitinə və son istifadə tarixlərinə nəzarət etmək
* Məhsulların qalıq sayını izləmək və uçotun düzgün aparılmasını təmin etmək
* Aptekdə müəyyən edilmiş xidmət və satış standartlarına riayət etmək
* Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
Namizədə tələblər
* Əczaçılıq üzrə ali və ya orta ixtisas təhsili
* Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
* Dərman preparatları və tibbi məhsullar barədə bilik
* Müştərilərə düzgün məsləhət vermək və satış prosesini peşəkar şəkildə idarə etmək bacarığı
* Məsuliyyətli, diqqətli və operativ olmaq
* Güclü ünsiyyət və komandada işləmək bacarığı
* Gecə növbəsində işləmək imkanı
İş şəraiti
* Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
* Əməkhaqqı: 750–1000 AZN + bonus
* Gecə növbəli iş rejimi
* PAŞA Sığorta ilə təminat
* Ödənişsiz təlim və peşəkar inkişaf imkanları
* Karyera yüksəlişi perspektivi
* Namizədin yaşayış ünvanına yaxın iş yeri ilə təmin olunma imkanı
Tələblərə cavab verən namizədlər CV-lərini hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində “Gecə növbəsi üzrə əczaçı” qeyd edilməlidir.