Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Gömrük Rəsmiləşdirilməsi üzrə Mütəxəssis

Zeytun Pharmaceuticals MMC komandasına Gömrük Rəsmiləşdirilməsi üzrə Mütəxəssis axtarır. Ümumi tələblər: Ali təhsil; Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; MS Office proqramlarından sərbəst istifadə bacarığı: MS Excel, MS Word, MS Outlook; Azərbaycan və rus dillərini bilmək; Cəldlik, məsuliyyətlilik və problemləri həll etmə bacarığı; Analitik düşüncə, riyazi biliklər, yüksək ünsiyyət və təqdimat bacarığı. Vəzifə öhdəlikləri Qısa idxal bəyannamələrinin hazırlanmasına nəzarət etmək; Gömrük sənəd paketlərinin hazırlanması prosesini idarə etmək; Yüklərin müvəqqəti saxlanc və sərbəst dövriyyə bəyannamələrinin hazırlanmasına nəzarət etmək; Yüklərin gömrük orqanlarından keçirilməsi prosesini idarə etmək; Malların idxal və ixrac proseslərini həyata keçirmək və idarə etmək; Aylıq və illik hesabatların hazırlanmasını təmin etmək. İş şəraiti İş yeri: BEGOC Biznes Mərkəzi Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 93; İş qrafiki: 5 günlük iş həftəsi; İş saatı: 09:00–18:00; Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur; Əmək haqqı: 800–1000 AZN. Müvafiq tələblərə cavab verən namizədlər CV-lərini hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərə bilərlər. Müraciət zamanı emailin “subject” hissəsində vakansiyanın adını — Gömrük Rəsmiləşdirilməsi üzrə Mütəxəssis — qeyd etməyiniz xahiş olunur.