Zeytun Pharmaceuticals MMC komandasına İT Layihə Koordinatoru axtarır.
Vəzifə haqqında qısa məlumat
İT Layihə Koordinatoru İT layihələrinin planlaşdırılması, icrası və uğurla tamamlanması mərhələlərində Layihə Rəhbərinə operativ dəstək göstərir. Bu vəzifə komandalararası kommunikasiyanın qurulması, sənədləşmə işlərinin aparılması və tapşırıqların vaxtında icrasına nəzarət proseslərini əhatə edir.
Əsas vəzifə öhdəlikləri
İT layihələrinin planlaşdırılması, icrası və monitorinqi prosesində Layihə Rəhbərinə dəstək göstərmək;
Daxili İT mütəxəssisləri, xarici podratçılar, təchizatçılar və partnyorlar arasında effektiv kommunikasiya və məlumat axınını təmin etmək;
Layihə üzrə texniki və inzibati sənədlərin hazırlanması, dövriyyəsi və arxivləşdirilməsini idarə etmək;
Layihə çərçivəsində istifadə olunan məlumat və sənədlərin məxfilik tələblərinə uyğun qorunmasına nəzarət etmək;
Layihə görüşlərini təşkil etmək, görüş protokollarını hazırlamaq və qərarların icrasını izləmək;
İcra olunmuş sistem və həllərin istifadə göstəricilərini izləmək, effektivliyini təhlil etmək və hesabat hazırlamaq;
Tapşırıqların icra vəziyyətini və son tarixləri mütəmadi izləmək;
Potensial gecikmələr, risklər və maneələr barədə Layihə Rəhbərinə vaxtında məlumat vermək;
Həftəlik və aylıq status hesabatlarının hazırlanmasında iştirak etmək;
Layihə çərçivəsində tələb olunan avadanlıq və proqram təminatlarının quraşdırılması və sazlanması üzrə koordinasiya işlərini təşkil etmək;
Layihə Menecerinin tapşırıqlarına uyğun digər funksional işləri yerinə yetirmək.
Namizədə dair tələblər
Ali təhsil;
İT, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə təhsil üstünlükdür;
İT layihələrinin idarə edilməsi və ya koordinasiyası sahəsində minimum 1 il iş təcrübəsi;
Word, Excel və PowerPoint proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;
MS Project, Figma, Jira və Power BI proqramları ilə işləmək təcrübəsi üstünlükdür;
Yüksək kommunikasiya və təqdimat bacarığı;
Zamanın düzgün idarə edilməsi və detallara diqqətlilik;
Problemləri çevik həll etmə və komandada işləmə bacarığı.
İş şəraiti
İş yeri: BEGOC Biznes Mərkəzi
Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 93;İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatı: 09:00–18:00;
Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur;
Əmək haqqı namizədin təcrübəsindən asılı olaraq müzakirə olunur.
Müvafiq tələblərə cavab verən namizədlər CV-lərini hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərə bilərlər.
Müraciət zamanı emailin “subject” hissəsində vakansiyanın adını — İT Layihə Koordinatoru — qeyd etməyiniz xahiş olunur.