Tələblər:
• Maliyyə ixtisası üzrə ali təhsil;
• Maliyyə təhlili sahəsində minimum 2 il iş təcrübəsi;
• Satışların və ehtiyatların təhlili üzrə bilik və təcrübə;
• 1C proqramında işləmək bacarığı;
• MS Office proqramlarından, xüsusilə Excel-dən yüksək səviyyədə istifadə bacarığı.
Vəzifə öhdəlikləri:
• Maliyyə hesabatlarının hazırlanması və maliyyə göstəricilərinin təhlili;
• Analitik hesablamaların aparılması;
• Satınalma üzrə hesablaşmalara nəzarət edilməsi;
• Rəhbərlik üçün maliyyə təqdimatlarının hazırlanması;
• Xərclərdə israfçılığın qarşısını almaq məqsədilə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz olunması;
• Xüsusi layihələr departamentinin maliyyə baxımından koordinasiyası;
• Rəhbərliyin tapşırığına əsasən xüsusi hesabatların hazırlanması.
İş şəraiti:
• İş yeri: BEGOC Biznes Mərkəzi
• Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 93
• İş qrafiki: 5/7
• İş vaxtı: 09:00–18:00
• Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur
• Əmək haqqı: 900–1000 AZN
Müvafiq tələblərə cavab verən namizədlərdən CV-lərini hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərmələri xahiş olunur. Məktubun mövzu hissəsində “Maliyyə üzrə Mütəxəssis” qeyd edilməlidir.