Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Mühasib

Zeytun Pharmaceuticals MMC komandamıza peşəkar və məsuliyyətli Mühasib axtarır.

Namizədə tələblər

• Mühasibatlıq və ya iqtisadiyyat ixtisası üzrə ali təhsil
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
• MS Office proqramlarında sərbəst işləmək bacarığı
• 1C 8.3 proqramı üzrə mükəmməl bilik
• Vergi və elektron sənəd dövriyyəsi üzrə biliklər
• Məsuliyyətlilik, dəqiqlik və analitik düşünmə bacarığı

Vəzifə öhdəlikləri

• Alış və satış sənədlərinin 1C proqramında işlənməsi
• Hesab qalıqlarının çıxarılması və onlara nəzarət edilməsi
• Sığorta xidmətləri üzrə hesab-fakturaların və aktların hazırlanması və təsdiqlənməsi
• Vergi və elektron qaimə əməliyyatlarının aparılması
• Qaimələrin və qaytarılma sənədlərinin vergi portalına daxil edilməsi
• Sərbəst apteklər və klinikalar üzrə satış qaimələrinin vergi sisteminə inteqrasiyası
• Düzəliş və ləğv edilmiş qaimələrin təhlil edilməsi, uyğunsuzluqların aradan qaldırılması
• Marketinq xidmətləri, sığorta və dərman qaimələrinin normativlərə uyğun hazırlanması və 1C sistemində işlənməsi
• Aylıq və illik üzləşmələrin mütəmadi aparılması
• Sərbəst və yeni apteklərlə müqavilələrin hazırlanması, təsdiqlənməsi, göndərilməsi və dövriyyəyə daxil edilməsi
• Mal və xidmətlər üzrə vergi sənədlərinin hazırlanması
• Bank və ödəniş əməliyyatlarının həyata keçirilməsi
• Yerli və xarici ödənişlərin icrası
• Ödəniş tapşırıqlarının hazırlanması
• Hesablararası köçürmələrin həyata keçirilməsi
• AQTİS ödənişlərinin icrası
• Xarici iqtisadi əməliyyatların aparılması
• Xarici hesab-fakturaların beynəlxalq standartlara uyğun hazırlanması
• Xarici müqavilələrin E-Gov sistemində qeydiyyata alınması
• Vergi və 1C sistemi üzrə aylıq və illik üzləşmələrin aparılması

İş şəraiti

• İş yeri: BEGOC Biznes Mərkəzi
• İş rejimi: 5 günlük iş həftəsi, 09:00–18:00
• Nahar şirkət tərəfindən təmin edilir
• Tibbi sığorta təqdim olunur
• Əmək haqqı: 800–1000 AZN — namizədin bilik və təcrübəsindən asılı olaraq

Müvafiq tələblərə cavab verən namizədlər CV-lərini hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində “Mühasib” qeyd olunmalıdır.