Zeytun Pharmaceuticals
914
pharmonline.az
Zeytun Pharmaceuticals

Proqram təminatı üzrə mütəxəssis

Tələblər

  • Ali təhsil
  • İT və ya əlaqəli sahə üzrə 2 il iş təcrübəsi
  • Proqram təminatları və istifadəçi sistemləri ilə işləmə bacarığı
  • 1C platformasında hər növ inteqrasiya prosesləri üzrə bilik
  • 1C proqramlaşdırma layihələrinin icrası bacarığı
  • Texniki problemlərin təhlili və həlli bacarığı
  • Ünsiyyət və komandada işləmə bacarığı
  • Rus dili biliyi üstünlükdür
  • İşində dəqiq və məsuliyyətli olmaq

Vəzifə funksiyaları

  • Yeni apteklərin proqram təminatı ilə təchiz edilməsi
  • Proqramın bütün kompüterlərə quraşdırılması və ilkin sazlanması
  • Dövlət və kommersiya sistemləri ilə inteqrasiyanın təmin edilməsi
  • Sistemlərin stabil və fasiləsiz işləməsinə nəzarət
  • Proqram, sistem və kassa aparatları üzrə ilkin diaqnostikanın aparılması
  • Problemlərin operativ həlli və ya aidiyyəti tərəflərə yönləndirilməsi
  • Aptek əməkdaşlarına proqramdan istifadə üzrə təlimlərin keçirilməsi
  • İstifadəçi hesablarının və giriş səlahiyyətlərinin idarə edilməsi
  • Müraciət statistikası və sistem problemləri üzrə məlumatların təqdim edilməsi
  • Görülən işlər üzrə dövri hesabatların hazırlanması

İş şəraiti

  • İş yeri: BEGOC Biznes Mərkəzi, Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 93
  • İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00
  • KPI nəticələrinə əsasən illik bonus
  • Telefon və danışıq paketi ilə təminat
  • Nahar və tibbi sığorta ilə təminat
  • Peşəkar inkişaf üçün təlimlərdə iştirak imkanı
  • Karyera yüksəlişi imkanı
  • Əməkhaqqı namizədin təcrübəsindən asılı olaraq müzakirə olunacaq

Müraciət

CV-nizi məktubun mövzu hissəsində “Proqram təminatı üzrə mütəxəssis” qeyd etməklə aşağıdakı elektron ünvana göndərin.

hrdepartment@zeytunpharma.az

Əlavə suallar üçün zəng edə və ya WhatsApp üzərindən yaza bilərsiniz.

050 253 01 59 · WhatsApp