Zeytun Pharmaceuticals MMC komandamıza Risklərin İdarəedilməsi və Daxili Nəzarət üzrə Mütəxəssis / Analitik axtarır.
Namizədə tələblər
• Ali iqtisadi təhsil
• Analitik təhlil sahəsində minimum 5 il iş təcrübəsi
• Sürücülük vəsiqəsi
• MS Windows, MS Office və 1C proqramlarında yüksək səviyyədə işləmək bacarığı
• Beynəlxalq Audit Standartları üzrə biliklər
• Riyazi və analitik təhlil bacarığı
• Risklərin idarə olunması üzrə biliklər
• Müşahidə aparmaq, faktları müəyyənləşdirmək və müstəqil qərar qəbul etmək bacarığı
• Obyektivlik, məsuliyyətlilik və özünütənqid qabiliyyəti
Vəzifə öhdəlikləri
• Şirkətin anbarları arasında mal hərəkətinə 1C proqramı vasitəsilə nəzarət edilməsi və əməliyyatların düzgünlüyünün yoxlanılması
• Yerli təchizatçılardan daxil olan malların sayının müvafiq sənədlərlə uyğunluğunun yoxlanılması
• Malların alış qiymətindən aşağı satılmasının qarşısının alınması
• Əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların mütəmadi yoxlanılması və aktlaşdırılması
• Alıcı və satıcılarla münasibətlərdə yarana biləcək risklər barədə hesabatların hazırlanması
• Apteklərdə yerində audit yoxlamalarının təşkili və fəaliyyətin şirkətin tələblərinə uyğunluğunun qiymətləndirilməsi
• Şirkət tərəfindən satılan malların apteklər tərəfindən digər təchizatçılardan alınması hallarının müəyyən edilməsi və qarşısının alınması
• Apteklərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi
• Şirkətlə apteklər arasında mövcud borcların müqayisə və təhlil edilməsi
• Apteklərdəki mal qalıqlarının müəyyən edilmiş limit və depozitlərə uyğunluğunun yoxlanılması
• Apteklərdə mövcud məhsul çeşidlərinin və alış qaimələrinin təhlil edilməsi
İş şəraiti
• İş qrafiki: 6 günlük iş həftəsi, 09:00–18:00
• İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küçəsi 21C, Depo
• Nahar şirkət tərəfindən təmin edilir
• Tibbi sığorta təqdim olunur
• Əmək haqqı: 1500–1900 AZN net
Tələblərə cavab verən namizədlər CV-lərini hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində vakansiyanın adı qeyd olunmalıdır.