Ümumi tələblər
Ali təhsil;
Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilmək;
Müvafiq sahə üzrə 5 ildən artıq iş təcrübəsi, minimum 3 il rəhbər vəzifədə təcrübə;
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə yüksək səviyyədə bilik;
Microsoft Office proqramlarından, xüsusilə Excel-dən peşəkar istifadə bacarığı;
Liderlik, qərarvermə, vaxt və resursların idarə edilməsi bacarığı;
Yüksək səviyyədə təqdimat, ünsiyyət və komanda idarəetmə bacarıqları.
Vəzifə öhdəlikləri
Əməkdaşlıq edilən şirkətlərlə danışıqların aparılmasını təmin etmək;
Əməkdaşlıq müqavilələrinin hazırlanmasını təşkil etmək;
Ölkə daxilində qeydiyyatı olmayan məhsulların qeydiyyat prosesini idarə etmək;
Gələcək tələbatı və potensialı planlaşdırmaq, təchizat risklərini müəyyənləşdirmək və idarə etmək;
Xarici şirkətlər tərəfindən göndərilən məhsulların gömrük rəsmiləşdirilməsi üçün zəruri sənədlər barədə logistika şöbəsini əvvəlcədən məlumatlandırmaq;
Məhsulların satış göstəricilərinə nəzarət etmək və ehtiyac yarandıqda uyğun kampaniyalar təklif etmək;
Satışa yararsız məhsulların utilizasiya prosesini təşkil etmək;
Utilizasiya olunmuş məhsullarla bağlı xərcləri hesablamaq;
Hesablanmış xərclər üzrə təzminatların alınmasına nəzarət etmək.
İş şəraiti
İş yeri: BEGOC Biznes Mərkəzi
Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 93;İş qrafiki: həftədə 5 gün, saat 09:00-dan 18:00-dək;
Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur;
Karyera yüksəlişi imkanı;
Əmək haqqı namizədin təcrübəsinə uyğun olaraq müsahibə zamanı müzakirə ediləcək.
Qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini elektron məktubun mövzu hissəsində “Satınalma meneceri” qeyd etməklə hrdepartment@zeytunpharma.az ünvanına göndərə bilərlər.