Zeytun Pharmaceuticals MMC | Marketinq şöbəsi
Vəzifənin məqsədi şirkətin və brendlərinin sosial media kommunikasiyasının və kontent fəaliyyətinin planlı, ardıcıl və keyfiyyətli icrasını təmin etməkdir.
Əsas vəzifə öhdəlikləri
• Şirkətin və brendlərinin sosial media hesabları üçün aylıq kontent planı hazırlamaq, təsdiqlənmiş plan üzrə paylaşımların vaxtında yayımlanmasını təmin etmək.
• Sosial media postları, karusel, story və qısa videolar üçün ideyalar, mətnlər və ssenarilər hazırlamaq.
• Zeytun və Pharmastore səhifələri üzrə həm biznes tərəfdaşlarına, həm də son istehlakçılara uyğun məzmun hazırlamaq, brendin ünsiyyət üslubunu qorumaq.
• Kampaniyalar, məhsullar, aptek açılışları, tədbirlər və əməkdaşlıqlar barədə kontent hazırlamaq, məlumatları aidiyyəti əməkdaşlarla dəqiqləşdirmək.
• Dizaynerlərə və çəkiliş komandasına aydın tapşırıqlar vermək, foto və video çəkilişlərinin hazırlanmasında və koordinasiyasında iştirak etmək.
• Sayt, mobil tətbiq, SMS və digər kommunikasiya kanalları üçün mətnlər hazırlamaq, onların kampaniya mesajları ilə uyğunluğunu təmin etmək.
• Paylaşımların dil, yazı və məzmun düzgünlüyünü yoxlamaq, məhsul və sağlamlıqla bağlı məlumatları yayımdan əvvəl aidiyyəti mütəxəssislərlə razılaşdırmaq.
• Sosial media şərh və mesajlarını izləmək, təsdiqlənmiş cavablar əsasında kommunikasiya aparmaq, sorğuları aidiyyəti əməkdaşlara yönləndirmək.
• Sosial media trendlərini və rəqiblərin fəaliyyətini izləmək, auditoriyaya uyğun yeni kontent formatları təklif etmək.
• Əhatə, baxış, qarşılıqlı əlaqə və izləyici dinamikasını təhlil etmək, aylıq hesabatlar və kontentin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
• Meta Ads Manager vasitəsilə Facebook və Instagram reklam kampaniyalarını planlaşdırmaq, qurmaq və idarə etmək, təsdiqlənmiş büdcə çərçivəsində auditoriya seçimi və nəticələrə əsasən optimallaşdırma aparmaq.
• Rəqəmsal marketinq, brend, PR və satış üzrə əməkdaşlarla koordinasiyalı işləmək, reklam kampaniyaları üçün məzmun hazırlanmasına dəstək vermək.
• Rəhbərlik tərəfindən vəzifə funksiyalarına uyğun verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə tələblər
• Ali təhsil (marketinq, kommunikasiya, jurnalistika, biznesin idarə edilməsi və ya digər müvafiq sahələr üzrə).
• SMM, kontent hazırlanması və ya kopiraytinq sahəsində minimum 2 il iş təcrübəsi.
• Sosial media hesablarının idarə olunması, kontent planlarının və müxtəlif formatlı məzmunun hazırlanması üzrə praktiki təcrübə.
• Azərbaycan dilində səlis və qrammatik cəhətdən düzgün yazmaq, ingilis dilini yaxşı səviyyədə bilmək. Rus dili biliyi üstünlükdür.
• Meta Ads Manager və Meta Business Suite ilə işləmək; Facebook və Instagram reklamlarının qurulması, auditoriya seçimi, büdcənin idarə edilməsi və nəticələrin təhlili üzrə praktiki təcrübə.
• Canva, CapCut və ya oxşar alətlərlə sadə vizual və qısa video hazırlamaq bacarığı üstünlük hesab olunur.
• MS Office və Google Workspace alətləri ilə işləmək, hesabat və təqdimatlar hazırlamaq bacarığı.
• Əczaçılıq, sağlamlıq, kosmetika və ya pərakəndə satış sahəsində kontent təcrübəsi üstünlük hesab olunur.
• Yaradıcı düşüncə, auditoriyaya uyğun mətn yazmaq, planlaşdırma və analitik təhlil bacarıqları.
• Məsuliyyətli, detallara diqqətli və operativ olmaq, komanda ilə işləmək və son tarixlərə riayət etmək.
İş şəraiti
• İş yeri – BEGOC Biznes Mərkəzi (ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93).
• Tibbi sığorta və nahar.
• Peşəkar təlim və inkişaf imkanları.
• Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit.
Qeyd olunmuş tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “SMM və kontent üzrə mütəxəssis” qeyd etməklə hrdepartment@zeytunpharma.az elektron poçt ünvanına göndərə bilərlər. Hazırlanmış mətn və sosial media kontentindən nümunələrin əlavə olunması arzuolunandır.