Tələblər
- Ali təhsil (əczaçılıq üzrə);
- Retail, franchise və ya filial şəbəkələrinin inkişafı sahəsində minimum 3 il iş təcrübəsi;
- Yeni filialların və ya satış nöqtələrinin açılması prosesində təcrübə;
- Bazar araşdırması, lokasiya seçimi və kommersiya təhlili bacarığı;
- Layihələrin planlaşdırılması və idarə edilməsi bacarığı;
- Maliyyə göstəricilərini təhlil etmək və büdcə ilə işləmək bacarığı;
- Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- MS Excel və hesabat alətləri ilə işləmək bacarığı.
Vəzifə funksiyaları
- Şirkətin inkişaf strategiyasına uyğun olaraq yeni aptek lokasiyalarının araşdırılması, təhlili və seçilməsi;
- Potensial lokasiyaların satış potensialı, rəqabət mühiti, əhali sıxlığı və digər kommersiya göstəriciləri üzrə qiymətləndirilməsi;
- Yeni apteklərin açılış prosesinin planlaşdırılması və bütün mərhələlərinin koordinasiyası;
- Açılış layihələri üzrə büdcə və investisiya planlarının hazırlanmasında iştirak və xərclərə nəzarət;
- Yeni apteklərin açılması üçün tələb olunan sənədləşmə, icazə və texniki hazırlıq proseslərinin təşkili;
- Açılış prosesində iştirak edən daxili struktur bölmələri və xarici tərəfdaşlarla əməkdaşlığın koordinasiyası;
- Yeni açılmış apteklərin ilkin fəaliyyət dövründə satış, əməliyyat və rentabellik göstəricilərinin izlənilməsi;
- Yeni apteklərin fəaliyyətinin təhlili və rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi.
İmtiyazlar
- KPI nəticələrinə əsasən illik bonus
- Könüllü tibbi sığorta
- Şirkət tərəfindən naharla təminat
- Telefon və danışıq paketi ilə təminat
- Peşəkar inkişaf üçün təlimlərdə iştirak imkanı
İş şəraiti
- İş yeri: BEGOC Business Center
- 5 günlük iş rejimi
Müraciət
CV-nizi məktubun mövzu hissəsində “Yeni apteklərin açılması üzrə menecer” qeyd etməklə aşağıdakı elektron ünvana göndərin.